AZAL və “PASHA Travel” Səudiyyə Ərəbistanının üç şəhərinə çarter reysləri təşkil edir
Bu günlərdə “Azərbaycan Hava Yolları”nın Ər-Riyadda keçirilmiş “Azərbaycan şahinin gözü ilə” təqdimatı ərəb ölkələrinin vətəndaşlarının və turoperatorlarının böyük marağına səbəb olub.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC və “PASHA Travel”ın mətbuat xidmətləri məlumat yayıb.
Bu böyük tədbirin ilk nəticəsi kimi AZAL 2019-cu il yay uçuş cədvəli çərçivəsində Səudiyyə Ərəbistanına bir sıra çarter layihələri üzrə ölkəmizin aparıcı turoperatoru “PASHA Travel” ilə tərəfdaşlığını elan etməyə şaddır.
“PASHA Travel” təqdimatda bəyan edilən altı istiqamətdən üçünə 2019-cu ildə çarter reysləri yerinə yetirəcək:
•Bakı -Dammam- Bakı – cümə günləri (iyunun 7-dən etibarən);
•Bakı- Ər-Riyad- Bakı – bazar ertəsi günləri (iyunun 10-dan etibarən);
•Bakı-Əl-Xufuf-Bakı – bazar günləri (iyunun 9-dan etibarən);
Xatırladaq ki, AZAL həmçinin Səudiyyə Ərəbistanının aşağıdakı şəhərlərinə
birbaşa aviareyslər yerinə yetirəcək.
•Bakı-Ciddə-Bakı - bazar ertəsi günləri (aprelin 8-dən etibarən);
•Bakı-Mədinə-Bakı – çərşənbə günləri (iyunun 5-dən etibarən);
•Bakı-Burayda (Əl-Qassim)-Bakı – (cədvəl dəqiqləşdirilir)
Qeyd edək ki, AZAL və “PASHA Travel”ı 2017-ci ildən bəri uzunmüddətli uğurlu əməkdaşlıq bağlayır. Səudiyyə Ərəbistanına yeni reyslərlə yanaşı, cari ildə birgə birbaşa çarter reysləri həmçinin iyunun 20-dən sentyabrın 12-dək Tivata (Monteneqro) yerinə yetiriləcək. Aviabiletin qiymətinə baqajın (23 kq-dək) pulsuz daşınması və isti yeməklər və soyuq qəlyanaltıların tam çeşidi daxildir.