Bank

“Azər-Türk Bank” növbədənkənar yığıncaq çağırdı

3 dekabr 2018-ci il saat 11.00-da “Azər-Türk Bank” ASC-nin inzibati binasında səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

"Bİ" xəbər verir ki,  yığıncağın gündəliyi ictimaiyyətə açıqlanmayıb.

"Ümumi yığıncağın gündəliyi bildirişlə birgə səhmdarlara göndərilmişdir. Gündəlik üzrə materialları “Azər-Türk Bank” ASC-dən əldə etmək olar",- Bankın elanında bildirilir.

Qeyd edək ki, "Azər-Türk Bank”ın 5 səhmdarı var: Əmlak Məsələləri Dövlət Komitəsi (75%), "Ziraat Bankası" (12,4%), "Azre" (6,5%), "Qala Həyat" (5%) və "Ziraat Bank İnternational" (1,1%).

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department