Elm və Texnologiya

Maskın tuneli artıq hazırdır - Hyperloop işə düşür - VİDEO

Amerika biznesmeni və böyük innovativ ideyaların müəllifi İlon Mask öz tvitterində elan edib ki, ilk vakuum qatar Hyperloop bu il dekabrın 10-da işə düşəcək.

“BI” xəbər verir ki, Maskın sözlərinə görə, tunel artıq hazırdır. Açılış bayram tədbirləri ilə baş tutacaq və səhərisi gün bütün arzuedənlər Hyperloop-da pulsuz səyahət edəcəklər. O da məlumdur ki, ilk tunel test xarakterli olacaq.

Tunel Maska məxsus raketquraşdırma şirkəti olan SpaceX yerləşdiyi ərazidə - Kaliforniya ştatının Xotorn şəhərində yerləşir. Onun uzunluğu bir mildir (1,6 kilometr). Tuneldə hərəkətin maksimal sürəti— saatda 249,5 kilometrdir. Bloomberg hesab edir ki, yeraltı super sürətli ilk tunelin açılışı Maskın ideyasının reallıq olduğunu sübut edəcək. Ancaq yenə də anlaşılmaz qalır ki, ideya sahibi elan etdiyi vakuum boruda saatda 1220 kilometrə necə nail olacaq? Və bu sürətə malik olan nəqliyyat vasitəsinin özü necə hazırlanacaq?

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)