"Aramco"nun istiqraz buraxılışına rekord tələb
Səudiyyə Ərəbistanının neft nəhəngi "Saudi Aramco"nun beynəlxalq istiqraz emissiyasına 100 milyard dollar ilə rekord səviyyədə tələb gəlib.
"Businessinsider.az" xəbər verir ki, "Saudi Aramco" ilk istiqraz emissiyasını 10 Apreldə həyata keçirəcək.
Neft nəhənginin beynəlxalq istiqraz vərəqələrinə 100 milyard dolların üzərində tələb gəlib. Tələbat, "Aramco"nun cəlb etmək istədiyi 10 - 15 milyard dollarlıq vəsaitdən çox yüksəkdir.
"Aramco"nun istiqraz emissiya inkişaf edən bazarlar arasında ən böyük emissiyadır.