İlham Əliyev Dünya Bankının yeni prezidentini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Dünya Bankının Prezidenti Devid Malpassaya təbrik məktubu göndərib.
"Businessinsider.az" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Dünya Bankının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz Azərbaycan ilə Dünya Bankı arasındakı əməkdaşlığa böyük əhəmiyyət veririk. Bu baxımdan ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarda, gerçəkləşdirdiyimiz irimiqyaslı infrastruktur layihələrinin maliyyələşdirilməsində Dünya Bankının yaxından iştirakını məmnunluqla qeyd etmək istərdim.
Ümidvaram ki, Dünya Bankının fəaliyyət sahələri üzrə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.
Bir daha Sizə öz təbriklərimi yetirir, möhkəm cansağlığı, qarşıdakı məsul işinizdə uğurlar arzulayıram".