Birja

Nefti ucuzlaşdıracaq 2 xəbər gəldi

Yaxın gələcəkdə neft hasilatımız davamlı əsasda sutkada 11 milyon barelə çatacaq".

"Bİ" xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Fələh TASS-a müsahibəsində deyib.

"Ona görə də indi sutkalıq istehsal gücümüzü hazırkı 12 milyon bareldən 13 milyona qədər artırıb-artırmayacağımıza dair qərar verməliyik. Bu qərar 20 milyard dollardan 30 milyard dollara qədər mərhələli investisiya tələb edir", - nazir bildirib. 

Bundan başqa, yeni OPEC+ sazişi dekabrın 7-də imzalana bilər. Saziş müddətsiz olacaq və o, yanvar ayından etibarən hasilatın tənzimlənməsinə imkan verəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)