TURİZM

Hindlilər toy dəvətnaməsi satmağa başlayıb

Çılğın əyləncələri ilə məşhur olan Hind toylarının dəvətnamələri satışa çıxarılıb.

Hindistanda ortaya çıxan yeni bir təşəbbüs diqqəti çəkir.

"Bİ" xəbər verir ki, "Join My Wedding" (Toyuma qatıl) adlı internet saytı vasitəsilə ilə hindistanlı cütlüklər toy dəvətnamələrini satırlar. Hindli cütlüklər evlilik tarixlərini sayta yükləyir, Hindistan xaricindən gələn turistlər də sayt vasitəsi ilə toya dəvətnamə ala bilirlər.

Toy dəvətnamələri 100 dollardan başlayan qiymətlər ilə satılır. Qiymət toya görə dəyişə bilir.

Sayıtın ortaqlarından Orsi Parkanyi, "Bir ölkənin mədəniyyətini tanıya bilmək üçün toya getməkdən daha gözəl bir şey ola bilməz. Yeməklər yerli, insanlar yerli, rəqslər yerli. Çox yaxşı bir turistik fəaliyyətdir" deyir.

Bu ilin əvvəlindən bəri fəaliyyət göstərən internet saytı vasitəsilə 100 adam Hind toylarına qatılmışdır.  

İnsanlara toya qatılmadan əvvəl necə geyinmələri və davranmaları lazım olduğu izah edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)