Avtomobil

Ən çox qəzaya düşən avtomobillər - SİYAHI

Rusiyada ən çox qəza törədən avtomobillər bəlli olub.

Məlumata görə, qəzaların sayına görə birinci yeri Audi S5 modeli tutub. Bu model sürücülərinin 43%-i müxtəlif qəzaya düşüb. İkinci yeri 39%-lik göstərici ilə Citroen C4 Aircross, üçüncü yeri isə 38.2% ilə Yaquar X-Type avtomobili tutub.

İlk beşliyə həmçinin Kadillak CTS və Volksvagen Phaeton avtomobilləri daxil olub.

Ən çox qəzaya düşən avtomobil markaları siyahısına Honda, Mazda, Yaquar, BMV və Mersedes markaları da düşüb.

 


 

(c) axar

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)