Azərbaycanda bankların xalis mənfəəti kəskin azalıb - RƏQƏMLƏR
"BI" Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq hesabatına istinadən xəbər verir ki, cari ilin Yanvar- Fevral aylarında bankların əməliyyat mənfəəti 113.7 milyon manat, xalis mənfəəti isə 49.2 milyon manat təşkil edib.
2018-ci ilin eyni dövrü ilə müqayisədə bankların xalis mənfəəti 2,9 dəfə azalıb. Səbəb bu il bankların mənfəətin böyük hissəsini aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalarıdır.
2018-ci ilin ilk 2 ayı ərzində bankların əməliyyat mənfəəti 113.7 milyon manat, xalis 141.3 milyon manat təşkil etmişdi.