Xocalıda Qarabağ Universitetinin yeni binası tikiləcək
Gələn il Xocalıda Qarabağ Universitetinin kənd təsərrüfatı fakültəsinin binası tikilməyə başlanılacaq.
ENA.az APA-ya istinadən xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.
Xüsusi nümayəndə bildirib ki, növbəti illərdən tələbə qəbulu həyata keçiriləcək.


















