Bank

"Unibank"ın səhmdarlarının yığıncağı keçiriləcək

İyunun 29-da, saat 15:00-da "Unibank" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

ENA.az xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində - "Zoom" proqram təminatı vasitəsilə məsafədən olacaq.

Yığıncağın gündəliyinə "Unibank"ın 2025-ci il üzrə kənar auditor tərəfindən təsdiq edilmiş maliyyə hesabatlarının təsdiqi, 2025-ci il üzrə investisiya qiymətli kağızlarının emitenti olaraq illik hesabatının təsdiqi, təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi daxilidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)