35 mindən çox sahibkara 2,3 mlrd. manat məbləğində güzəştli kreditlər verilib

Bugünədək İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumi dəyəri 5.1 milyard manat olan 35 mindən artıq sahibkarlıq subyektinin layihəsinə 2.3 milyard dövlətin güzəştli krediti verilib.
"Businessinsider.az" xəbər verir ki, bunu jurnalistlərə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu kreditlərin əsas hissəsi geri qaytarılan vəsaitlər hesabına təmin olunub:" Bu da onu göstərir ki, real sahəyə qoyulan investisiyalar öz nəticəsini verməkdədir".