Hadisə

Gömrükdə "kürü əməliyyatı" - FOTO

Rusiyadan Azərbaycana qanunsuz yolla balıq kürüsü və tütün məmulatları keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrül Komitəsinin məlumatına görə, “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttində “Mitsubishi Airtrek” markalı nəqliyyat vasitəsi saxlanılıb.

Baxış zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi hazırlanmış gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən, qabları ilə birlikdə ümumi çəkisi 13 800 qram olan 26 ədəd plastik qablarda qara rəngli dənəvari balıq kürüsü və 700 ədəd “Belomorkanal” markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department