"Azercell" bu xidmət haqqını 60% artırır
"Azercell Telecom" MMC mayın 1-dən Rusiya, Ukrayna, Belarusiya, Moldova, Qazaxıstan, Özbəkistan, Qırğız Respublikası və Tacikistanda rouminq xidmətində internetdən istifadəyə görə xidmət haqqını artıracaq.
"BI" bu barədə şirkətə istinadən xəbər verir.
Məlumata görə, həmin tarixdən 1 MB mobil internet xidmətinin qiyməti 3,5 manat təşkil edəcək. Hazırda bu məbləğ 2,2 manatdır. Yəni rouminq xidmətində internet, təxminən, 60% bahalaşacaq.
"Arzuolunmaz internet xərclərindən sığortalanmaq üçün Rouminq İnternet Paketlərindən istifadə etmək tövsiyə olunur", - mobil rabitə operatorunun müştərilərinə müraciətində bildirilir.