Sosial iqtisadiyyat

Daha bir marşrut xətti “BakuBus”a verildi

Mart ayının 31-dən 88 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti “BakuBus” MMC-nin istismarında olan iritutumlu “Iveco” markalı müasir və komfortlu avtobuslarla həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, 88 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində də müəyyən dəyişikliklər edilib. Belə ki, avtobusların son dayanacaq məntəqəsi “Dərnəgül” Nəqliyyatı Mübadilə Mərkəzi müəyyən olunub.

Bununla yanaşı, küçənin ensiz olması səbəbindən 88 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar M.Qaşqay küçəsinin Ə.Qasımzadə və Akademik H.Əliyev küçələrinin kəsişməsinə qədər olan hissəsindən keçməyəcək. Alternativ olaraq avtobuslar 7-ci mikrorayon istiqamətində Ə.Qasımzadə, C.Hacıbəyli və Akademik H.Əliyev küçələri ilə hərəkət edəcəklər.

Həmçinin 8 nömrəli marşrutun 88 nömrəli marşrutla müəyyən küçə və prospektlərdə eyni istiqamət üzrə fəaliyyət göstərməsini nəzərə alaraq 8 nömrəli marşrutun nömrəsinin dəyişdirilərək 88A nömrəsi altında fəaliyyət göstərməsi planlaşdırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)