Təhsil kreditləri almaq istəyənlər üçün müddət uzadıldı
“Maarifçi” Tələbə Kredit Fondunun təhsil kreditlərinin verilməsi üçün elan etdiyi müddət uzadılıb.
"BI" xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, mart ayında qeyri-iş günlərinin olması nəzərə alındığı üçün elanın müddəti 20 aprel 2019-cu ilədək davam edəcək:
“Kredit almaq üçün tələbələrin Fondun veb-saytından (www.maarifci.az) elektron müraciət etmələri kifayətdir. Bu elan sessiyasında təqdim olunacaq təhsil kreditləri 2018-2019-cu tədris ili üzrə təhsil alan, aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub”.
Qeyd edək ki, təhsil haqqı kreditlərinin verilməsi məqsədilə VIII elan sessiyası martın 1-dən aprelin 5-dək olan dövr üçün elan edilmişdi.