"Azərsığorta"nın mənfəəti 1% artıb
Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) cəmi aktivləri bu il yanvarın 1-nə 27,147 mln. manat təşkil edib.
"BI" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 6,3% çoxdur.
2018-ci ildə “Azərsığorta”nın cəmi öhdəlikləri 10,1% artaraq 12,086 mln. manata, cəmi kapitalı isə 3,4% artaraq 15,061 mln. manata çatıb.
Ötən il “Azərsığorta”nın gəlirləri 52,543 mln. manat (əvvəlki ilə nisbətən 7,6% çox), xərcləri 48,861 mln. manat (8,1% çox) təşkil edib. Şirkət mənfəət vergisi ödəməyib. Son nəticədə “Azərsığorta” 2018-ci ili 3,681 mln. manat mənfəətlə başa vurub. Bu, 2017-ci illə müqayisədə 1,3% çoxdur.