Vətəndaşlar növbəli şəkildə banklara dəvət ediləcəklər - PALATADAN AÇIQLAMA
"Bəzi vətəndaşlara sorğunuzla bağlı araşdırma aparılır cavabı gələcək. Çünki həmin şəxlərlə bağlı araşdırmalar davam edir".
"Businesssinsider.az" Maliyyə Bazarlarına Nəzarət Paçatasının əməkdaşı Orxan İsmayılovun sözlərinə görə, bugündən vətəndaşlara sms gələcək. Onlar növbəli şəkildə banklara dəvət ediləcəklər.
Mətbuat katibi Elşən Allahverdiyevin sözlərinə görə, o vaxtadək vətəndaşların banka getməsinə ehtiyac yoxdu.
Ümumilikdə 1 milyon şəxsin hazırda portalda şəxsi vərəqəsi var. Bunlardan 600 mini kompensasiya 400 mini kreditlərin restruktrizasiyası ilə bağlıdır.