MALİYYƏ

Depozit hərracında tələb 2 dəfəyə yaxın artıb

27.03.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 849 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil edib.

"Businessinsider.az" xəbər verir ki, Mərkəzi Bank nəzərdə tutduğu 350 milyon manatı cəlb edib.

Xəbər verdiyimiz kimi, 18.03.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 439,2 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,01% təşkil etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department