ENA+

Bu şəhər ofis əmlakına investisiya baxımından Avropanın ən yaxşı şəhərlərindən biridir

Barselona ofis əmlakına investisiya və ofislərin icarəsi baxımından Avropanın ən yaxşı şəhərlərindən biri kimi göstərilib.

 "BI" “JLL konsaltinq” şirkətinin məlumatına istinadla xəbər verir ki, Kataloniyanın paytaxtı Avropada texnoloji hab kimi nüfuz qazanıb. Məlumatda daha sonra qeyd edilir ki, Barselona elm və texnologiyalar sahəsində geniş imkanlara malik olmaqla sahibkarlıq mühiti baxımından cəlbedicidir. Bu şəhər sakinlərin həyatının yüksək keyfiyyəti, məşhur brendi ilə fərqlənir, dünya səviyyəli təşkilatların işlədiyi mərkəzə çevrilib.

“JLL” şirkətində Kataloniyanın paytaxtını Brüssel, Frankfurt, Cenevrə, Kioto, Mayami və Vyana kimi şəhərlərlə müqayisə edirlər. Orta və kiçik ölçülü informasiya-telekommunikasiya şirkətləri üçün Barselona xüsusilə cəlbedicidir.

Ofis üçün daşınmaz əmlak bazarının bərpa olunmasında rəylərin lideri statusu Barselonaya çox kömək edib. Premium seqmentində icarə haqqı 8,6 faiz artaraq hər kvadratmetr üçün ayda 25,25 avroya çatıb.

İcarə haqqının proqnozlaşdırılan artım sürətinə görə Barselonada Avropada üçüncü yeri tutur. Ekspertlərin fikrincə, 2021-ci ilə qədər bu sahədə hər il 5 faiz artım gözlənilir. Bundan yüksək göstəricilər yalnız Oslo və Amsterdamda ehtimal edilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)