Sosial iqtisadiyyat

Fond Agentliyə çevriləcək

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Fondu Agentliyə çevriləcək.

"Businessinsider.az" xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarından məlum olur. 

Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na dəyişiklik edilib.

Müvafiq qərarla siyahıya aşağıdakı məzmunda abzas əlavə edilib:

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)