Yeni aeroportdan ilk uçuşlar Bakıya - Biletlər satışda

İstanbulun yeni hava limanından ilk uçuşlar Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə ediləcək.
Bİ.az xəbər verir ki, bunu Türk Hava Yollarının baş direktoru Bilal Ekçi deyib. O artıq bilet satışlarına başlanıldığını bildirib:
“İstanbul Yeni Hava Limanından Bakıya uçuşlarımız üçün biletlər “web/mobil”dən satışa çıxarılıb. İki qardaş dövləti (Azərbaycan və ŞKTC) salamlayaraq səfərlərimizə başlayırıq”.