Almaniyanın iki böyük bankı birləşir
Almaniyanın ən böyük banklarından "Deutsche Bank" (Döyçe Bank) və "Commerzbank"ın müşahidə şuraları birləşmək üçün danışıqlara başlanması barədə qərar veriblər. İki bankın birləşməsi fikri uzun müddətdir maliyyə dairələrində danışılırdı.
"BI" xəbər verir ki, Almaniyanın ən böyük iki özəl bankı olan "Deutsche Bank" və "Commerzbank"ın birləşmələri halında ortaya 38 milyon özəl və korporativ müştəriyə malik, 140 minə yaxın əməkdaşı olan və təxminən iki trilyon avro balanslı bir bank ortaya çıxacaq.
"Deutsche Bank" tərəfindən məsələ ilə bağlı verilən açıqlamada, rəhbərliyin bir strateji seçim olaraq birləşmək ideyasını gözdən keçirməyə qərar verdyi bildirilib. Açıqlamada, "Müşahidə şurasının bu variantı, bankın böyümə və mənfəət hədəfləri baxımından qiymətləndirəcək" deyilir.
Birləşmək təşəbbüsünü Almaniya Maliyyə Nazirliyi dəstəkləyir.