Bakı-Gəncə sürət qatarında qiymət endirildi – MƏBLƏĞ
Novruz Bayramı ilə əlaqədar olaraq Bakı-Gəncə qatarında qiymətlər endirilib.
"BI" xəbər verir ki, bu barədə «Azərbaycan Dəmir Yolları» QSC-dan bildirilib.
Qurumdan veridən məlumata görə, Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədi ilə Bakıdan 20.03.2019-cu il tarixində, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir.
Qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.
Eləcə də bax: Bakının Sabunçu qəsəbəsinə elektrik qatarlarının hərəkəti bərpa olunacaq
Novruz bayramı münasibəti ilə “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq 17.03.2019-cu il tarixindən 31.03.2019-cu il tarixinədək qatarın bizness yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib.
Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb.
Eləcə də bax: Qaz limiti ləğv olunsun – Deputatdan təklif