“Brent” neftinin qiyməti 90 dollardan aşağı enib (12.06.2026)
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin avqust müqaviləsinin dəyəri 1,78% azalaraq 1 barelə görə 88,77 ABŞ dolları təşkil edib.
Məlumata görə, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin iyul ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 1,62% azalaraq 86,29 ABŞ dollarına bərabər olub.

















