Hadisə

Şərab istehsal edən şirkətin direktoru mənimsəmədə - İTTİHAM EDİLİR

“Fireland Vineyards” MMC-nin direktoru Səidov Elmar Çingiz oğlu külli miqdarda mənimsəmədə ittiham edilir.

"BI"nin xəbərinə görə, aparılan araşdırma ilə müəyyən edilib ki, E.Səidov tərəfindən götürülmüş 15 milyon manatdan çox pulun əməkhaqqı məbləğinin ödənilməsinə, yerdə qalan pulun isə tikinti işlərinin aparılmasına sərf ediləcəyini rəsmiləşdirməsinə baxmayaraq, qeyri-rəsmi əməkhaqqının kimlərə ödənilməsinə və tikinti materiallarının alınmasına dair heç bir sənəd təqdim edilməyib.

Eyni zamanda Şamaxı rayonunun Muğanlı kəndində və Oğuz rayonunda yetişdirilən üzüm bağlarından yığılmış məhsullardan 22 min manat dəyərində emal edilmiş şərab məhsullarının həcmi nəzərə alınmayıb. Üzüm istehsalı uçotunun düzgün aparılmaması nəticəsində Kənd Təsərrüfatı Nazirliyinə 7 milyon manatdan çox ziyan vurulub.

E. Səidov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə; külli miqdarda törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb, araşdırma davam etdirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)