SEPAH: "İrana təkrar hücum edilsə, döyüşlər Yaxın Şərq hüdudlarını aşacaq"
"ABŞ və İsrailin İrana təkrar hücumu baş verərsə, döyüş əməliyyatlarının əhatə dairəsi Yaxın Şərq regionunun hüdudlarını aşacaq".
ENA.az "Fars" agentliyinə istinadən bildirir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bəyan edib.
SEPAH-ın iddiasına görə, əvvəlki silahlı toqquşmalar zamanı İran qüvvələri bütün potensialından istifadə etməyib.


















