BİZNES

Azərbaycan və İran birgə avtobus istehsal edəcək

Azərbaycan-İran birlikdə avtobus istehsal edəcək 

"Businessinsider.az" xəbər verir ki, Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayevin sözlərinə görə, Hacıqabul Sənaye Məhəlləsində sabah İran tərəfi ilə Scanya avtobuslarının birgə istehsal müəssəsinin yaradılmasına dair müqavilə imzalanacaq. 

Nazir ölkələrarasında iqtisadi əlaqələrin son illər inkişaf etdiyini bildirdi: "2018 - ci ildə ticarət dövriyyəsi 2017 -ci illə müqayisədə 74 %artıb. Bu, əlaqələrimizin yüksək səviyyədə olduğunu göstərir. Nəqliyyat, tranzit, sənaye, sərmayələr, kənd təsərrüfatı və turizm sahəsində əlaqələrimiz genişdir". 

Ş.Mustafayev Şimal-Cənub nəqliyyat dəhlizi əlaqələrimizdə mühüm əhəmiyyət tutduğunu vurğuladı. Onun sözlərinə görə, keçən il Şimal Cənub nəqliyyat dəhlizi ilə 10 dəfədən çox yük daşınıb. Nazir həmçinin əlavə etdi ki, gələn ilin sonuna qədər Astara Bakı yolu kimi Şimal istiqamətində avtomobil yolu fəaliyyətə başlayacaq: "İran sahibkarları yüksək səviyyəli avtomobil nəqliyyatından istifadə edib yüklərini daşıya biləcəklər".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department