Respublikamızda ilk dəfə virussuz sağlam kartof toxumları yetişdirilib
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun istixanalarında respublikamızda ilk dəfə virussuz sağlam kartof toxumları yetişdirilib.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev məlumat verib.
Onun sözlərinə görə, virussuz sağlam kartof toxumları laboratoriya şəraitində əldə olunub.
“Belə virussuz sağlam kartof yumrularından dünyanın bir sıra ölkələrində geniş istifadə edilir. Buna misal olaraq, Türkiyənin, Hollandiyanın adını çəkə bilərəm. Bu kartoflar ən yüksək, yəni orijinal repreduksiyalı toxum sayılır. Çalışacağıq ki, bu kartof əkinlərinin ölkəmizdə geniş tətbiqinə nail olaq”, - deyə Elmar Allahverdiyev bildirib.