BİZNES

Azərbaycanın iri tütün istehsalçısının ixrac gəliri 6,1 milyon dollar artıb

“TABATERRA” MMC-nin 2026-cı ilin ilk üç ayı üzrə ixrac gəliri 11,5 milyon ABŞ dolları təşkil edib.

Məlumata görə, şirkətin ixrac gəlirləri illik müqayisədə təxminən 2,1 dəfə artıb.

Bu göstərici 2025-ci ilin eyni dövründə qeydə alınan 5,4 milyon ABŞ dolları ilə müqayisədə 6,1 milyon ABŞ dolları çoxdur.

“TABATERRA” MMC Azərbaycanda tütün məmulatlarının istehsalı ilə məşğul olan aparıcı sənaye müəssisələrindən biridir. Şirkət 20 aprel 2021-ci il-də yaradılıb. Nizamnamə kapitalı 14 milyon 747 min 500 manatdır. Qanuni təmsilçisi Elman Cavanşir Bəşir oğludur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)