Sosial iqtisadiyyat

"Bayramadək bütün pensiyalar artımla birlikdə tam ödəniləcək"- NAZİRDƏN AÇIQLAMA

"Bu ayın pensiya ödənişləri qrafik üzrə verilməyə başlayıb. Artıq 10-dan çox rayonun pensiyaları ödənilib".

Bunu açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Eləcə də bax: 2,8 milyard manatı "yedik-içdik"

Nazir bildirib ki, Novruz bayramına qədər ölkə üzrə bütün pensiyaların ödənilməsi təmin olunacaq. 

S.Babayev qeyd edib ki, martın 18-nə kimi bu ödənişlər tam yekunlaşacaq: "Adətən pensiyalar ay sonunda verilirdi. Bu dəfə pensiya ödənişlərinin artımla birlikdə Novruz bayramına qədər verilməsi təmin ediləcək"

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)