Ərəb ölkələrinin 8 illik müharibələrdən zərəri açıqlanıb
Dünya Bankı sədrinin birinci köməkçisi Mahmud Muhyiddin, Ərəb ölkələrinin gəlirin dağılmasında dünyanın ən pis ölkələri olduğunu söyləyib.
Küveyt Rəsmi Xəbər Agentliyinin (KUNA) xəbərinə görə, ölkəni ziyarət edən Muhyiddin, Ərəb ölkələrinin zərərinin 2010-2018-ci illərdə yaşanan müharibələr nəticəsində baş vermiş dağıntılar və qaçırılan inkişaf fürsətləri səbəbilə 900 milyard dollar olduğunu söyləyib.
Muhyiddin, Ərəb Baharından sonra Suriya, Liviya və Yəməndə çıxan silahlı qarşıdurmaların bu ölkələrin iqtisadiyyatlarını dağıtdığını qeyd edib.
Dünyanın ən pis gəlir bölgüsünün Ərəb ölkələrinə aid olduğuna diqqəti çəkən Muhyiddin, ölkələrdəki 10%-lik seqmentin milli gəlirin 60%-ni əlində tutduğunu, buna qarşılıq bu nisbətin Avropa ölkələrində 45% olduğunu bildirib.
Muhyiddin, Dünya Bankı olaraq, 2019 və 2020-də neftin barel qiymətinin 69 ilə 74 dollar arasında olmasını gözlədiklərini dilə gətirib.