Gündəm

Tramp ABŞ-nin bu ölkələrdəki konsulluqlarını bağlayır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq üçün ölkənin bir neçə konsulluğunu bağlaya bilər.

ENA.az xəbər verir ki, bu barədə çərşənbə axşamı NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumatda bildirilib ki, söhbət Sakit okean adaları, Kanada və Meksikadakı, həmçinin Avropada, xüsusilə Almaniya və Fransadakı konsulluqlardan gedir.

Telekanal qeyd edir ki, Tramp artıq bu təşəbbüslə tanış olub, lakin onun həyata keçirilmə vaxtı ilə bağlı qərar hələ qəbul edilməyib. Dövlət Departamenti isə öz növbəsində konsulluqlardan fəaliyyətləri ilə bağlı məlumat tələb edib.

Qeyd edək ki, Trampın inauqurasiyasından dərhal sonra, milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi İdarəsi (DOGE) ABŞ büdcəsinin xərclər bölmələrinin genişmiqyaslı yoxlanışına başlayıb. Ümumilikdə, iş adamı dövlət xərclərini 2 trilyon dollar azaltmağı planlaşdırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)