Rotşild ailəsi "The Economist" jurnalındakı səhmlərini satır
Kanadalı iş adamı Stiven Smit qlobal brendlə media sektorundakı varlığını möhkəmləndirmək qərarına gəlib.
Smith Financial Corp.-dan verilən açıqlamada tərəflərin Linn Forester de Rotşildə, ailəsinə və ailə fonduna məxsus The Economist Group-un 26,9% payını əldə etmək barədə razılığa gəldiyi bildirilib.
Satınalmadan sonra Smitin sözçüsü bildirib ki, "Bu investisiya Smitin The Economist-in uzun müddətdir davam edən ciddi redaksiya müstəqilliyi ənənəsinə tam dəstəyini əks etdirir. Jurnalın strategiyası və əməliyyatları olduğu kimi davam edəcək".
Ümumi əməliyyat qiyməti ilə bağlı rəsmi açıqlama verilməsə də, satınalmanın müəyyən bağlanma şərtlərinə tabe olduğu bildirilib.


















