Londonun ən zəngin sakini odur - 15 milyardı var
![](https://ena.az/uploads/news/2019-03/_businessinsider_b011f7972f92ad1af171cd790_o.jpg)
Rusiyada “Alfa-qrupp” konsorsiumun rəhbəri Mixail Fridman Londonun ən zəngin sakini kimi tarixə düşüb.
"BI" xəbər verir ki, bu barədə “Forbes” jurnalının hesabatında qeyd olunub.
54 yaşlı Fridmanın sərvəti 15 milyard dollar dəyərində qiymətləndirilir.
Böyük Britaniyada Rusiyanın ən varlı qadını, 1, 2 milyard dollar sərvətə sahib Yelena Baturina daxil olmaqla 4 rusiyalı milyarder yaşayır.
Londonda isə ümumilikdə 55 milyarder yaşayır ki, onlardan yalnız 20-si ölkənin vətəndaşıdır. Digərləri isə Hindistan, İslandiya və Rusiya olmaqla dünyanın 23 fərqli ölkəsindən gəlib.