Gündəm

BMT: Hörmüz boğazı ilə gəmilərin tranziti 97% azalıb

Regionda yaranan gərginlikdən sonra Hörmüz boğazı vasitəsilə gəmilərin gündəlik tranziti 97% azalıb.

ENA.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında bildirilir.

Təşkilatın məlumatına görə, fevralın 1-dən 27-dək olan dövrdə boğazdan orta gündəlik tranzit təxminən 129 gəmi təşkil edib. Martın 3-nə qədər bu göstərici birrəqəmli səviyyəyə enərək hazırda üç və ya altı gəmi arasında dəyişir. Beləliklə, tranzit 97% azalıb.

Qeyd edək ki, martın 2-də İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Ebrahim Cabbar İsrail və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları səbəbindən Hörmüz boğazından gəmilərin keçidinin bağalanacağı açıqlayıb. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, boğaz bağlanmayıb, lakin gəmilər, o cümlədən tankerlər hər iki tərəfdən zərbələrdən ehtiyat edərək buradan keçməyə cəhd etmirlər. Yeri gəlmişkən, dünya neft ixracının təxminən beşdə biri məhz bu boğazdan keçir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)