Elm və Texnologiya

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar azalıb

Bu ilin yanvar ayında dövlət qurumlarına 131 kiberhücum indikatoru (IOC) müəyyən edilib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatlarına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8 % azdır.

Kibertəhdidlərin 110-u daxili araşdırma, 23-ü isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

2025-ci ildə dövlət qurumlarına 850 kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)