100-dən artıq yerli şirkətin tanıtım sərgisi keçiriləcək
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Marsol şirkətinin birgə təşkilatçılığı ilə 15 Mart 2019-cu il tarixində "Caspian Business Hotel"də (Nərimanov ray., Ə. Qaibov küç. 1222, AZ1093) “Partners & Business” sərgi-konferansı keçiriləcəkdir.
Konfedrasiyadan "BI"yə daxil olmuş məlumata görə,15 Mart 2019-cu il tarixində saat 10:00-17:00 arası baş tutacaq sərgidə 100-dən artıq yerli şirkətlərin tanıtım sərgisi, B2B Görüşlər, canlı musiqi, video-foto çəkiliş və mükafatlandırma mərasimi olacaq. Sərgini ziyarət etmək ödənişsizdir.
Həmçinin həmin gün (15 mart 2019) saat 17:00-da 600-ə qədər sahibkarın iştirakı ilə sərgi-konfrans baş tutacaq. Sərgi-konfransda dövlət orqanlarının, sosial tərəfdaşların, elm-təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin də iştirakı planlaşdırılır.
Baş tutacaq tədbirdə bir sıra çıxışlar nəzərdə tutulur. Belə ki, Təbriz Hacınski “Müəssisələrin kadr idarə etməsində profaylinq sistemini necə tətbiq etmək olar?”, Vüqar Poladov “İdarəçilərin və sahibkarların bilməli olduğu maliyyə” və Sakit Səmədov “Nəzarət üçün sistemləşmə, sistemləşmə üçün nəzarət”, mövzularında çıxışlar edəcəklər.