Azərbaycanda 20 bankın öhdəlikləri artıb
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-nun öhdəlikləri illik müqayisədə azalıb.
"BI" xəbər verir ki, bunlar "Günay Bank", "Yapı Kredi Bank Azərbaycan", "Nikoyl Bank", Pakistan Milli Bankının Bakı filialı, "Atabank", "Azərbaycan Beynəlxalq Bankı", "Azərbaycan Sənaye Bankı", "AFB Bank", "Bank of Baku" və "Bank VTB Azərbaycan"dır. Ən çox azalma "Bank VTB Azərbaycan"da (77,5%), ən az azalma isə "Günay Bank"da (1,6%) qeydə alınıb.
20 bankın öhdəlikləri isə son 1 ildə artıb. Ən çox artım "Naxçıvan Bank"da (71,6%), ən az artım isə "AGBank"da (0,7%) baş verib.