Bank

Əmanətçilərin ünvanı dəyişir: depozit artımı niyə kiçik banklara yönəlib? - İLLİK DİNAMİKA

Azərbaycan banklarının öhdəliklərinin strukturunda ən böyük payı olan depozit portfelidir. Bu ilin birinci rübündə 22 bankdan 5-ində depozit portfelinin “əriməsi” tendensiyası müşahidə olunub. Xüsusilə iri banklar arasında bu azalma baş verib. ENA.az olaraq, əvvəlcə portfel üzrə dinamikanı diqqətinizə təqdim edir və banklarda depozitlərinin həcminin azalmasının səbəblərini izah etməyə çalışacağıq.

Artımın liderləri: kiçik banklar ön plana çıxır

2025-ci ilin ən yüksək depozit artımı AFB Bankda qeydə alınıb. Bankın depozit portfeli bir il ərzində 70,2% artaraq 226,4 milyon manata çatıb. Bu göstərici depozit bazarında ən yüksək nisbi artım hesab olunur və bankın daha aqressiv resurs cəlbetmə strategiyasından xəbər verir

İkinci və üçüncü yerlərdə Rabitəbank ASC (29,7%) və Bank of Baku (24,9%) qərarlaşıb. Hər iki bank depozit portfelini əhəmiyyətli dərəcədə artıraraq müştəri etimadını gücləndirən banklar sırasında yer alıb.

Eyni zamanda:

Ziraat Bank Azərbaycan ASC – 20,7%

Expressbank ASC – 18,8%

Yelo Bank ASC – 17,8%

PAŞA Bank ASC – 17,8%

kimi banklar da ikirəqəmli artım tempi ilə depozit bazarında aktiv mövqelərini qoruyublar.

İri banklarda geriləmə: bazar davranışı dəyişir

Cədvəlin ən diqqətçəkən məqamlarından biri isə depozit portfeli üzrə ən iri banklarda azalma tendensiyasının müşahidə olunmasıdır.

ABB ASC depozit portfelini 11,1% azaldaraq 10,0 milyard manatdan 8,9 milyard manata endirib.

Kapital Bank ASC-də azalma 7,7% təşkil edib.

Bank VTB (Azərbaycan) ASC isə depozit portfelində 10,9% geriləmə ilə üzləşib

Bu tendensiya depozit sahiblərinin daha yüksək faiz və çevik şərtlər təklif edən banklara yönəlməsi, eləcə də iri bankların resurs strukturunda alternativ maliyyə alətlərinə üstünlük verməsi ilə izah oluna bilər.

Stabillik nümayiş etdirən banklar

Bəzi banklarda isə depozit portfelində cüzi dəyişikliklər qeydə alınıb. Xalq Bank ASC (0,8%), Bank Respublika ASC (0,7%) və TuranBank ASC (1,5%) daha stabil depozit bazası formalaşdıran banklar sırasında yer alır

Ümumi olaraq 2025-ci ilin yekunları göstərir ki, depozit bazarında artım əsasən orta və kiçik bankların hesabına formalaşır. İri banklar həcmin böyük hissəsini saxlasalar da, nisbi göstəricilərdə geriləmə yaşayırlar. Bu isə bank sektorunda rəqabətin daha da dərinləşdiyini və əmanətçilərin seçim davranışının dəyişdiyini göstərir. 

Renkinq sırası

Banklar

2025-ci il, yekun, mln manatla

 

2024-cü il, yekun, mln manatla

 

Rüblük dinamika, % ilə

 

1

AFB Bank ASC

226.4

133

70.2

2

Rabitəbank ASC

878.3

677.2

29.7

3

Bank of Baku

740.3

592.5

24.9

4

Ziraat Bank Azərbaycan ASC

682.7

565.7

20.7

5

Expressbank ASC

311.4

262.1

18.8

6

Yelo Bank ASC

1094.3

928.8

17.8

7

PAŞA Bank ASC

7552.1

6410.1

17.8

8

Unibank KB ASC

1377.4

1204.7

14.3

9

Bank Avrasiya ASC

71.5

63

13.5

10

AccessBank QSC

1132.4

1026.5

10.3

11

Azər Türk Bank ASC

1554.2

1460

6.5

12

Premium Bank ASC

394.2

377.7

4.4

13

Bank Melli İran Bakı filialı

37.1

35.6

4.2

14

Azərbaycan Sənaye Bankı ASC

475.6

465.9

2.1

15

TuranBank ASC

468.5

461.5

1.5

16

Xalq Bank ASC

1921.3

1905.4

0.8

17

Bank Respublika ASC

1357.2

1348.1

0.7

18

Yapı Kredi Bank Azərbaycan QSC

527.7

534.8

-1.3

19

Bank BTB ASC

135.5

145.2

-6.7

20

Kapital Bank ASC

8288.7

8978.3

-7.7

21

Bank VTB (Azərbaycan) ASC

101.8

114.2

-10.9

22

ABB ASC

8892.9

10006.5

-11.1

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)