Hadisə

Venesuela elektrik enerjisiz qalıb

Venesuelanın, demək olar ki, bütün ərazisində elektrik enerjisi kəsilib və hələ də təchizatı bərpa etmək mümkün olmayıb.

Bu barədə "BI" BBC-yə istinadən xəbər verir.

Paytaxt Karakas şəhərində elektrik enerjisi martın 7-də, günün pik saatlarında kəsilib və şəhər qaranlığa qərq olub. Ardından ölkənin qalan hissəsi də işıqsız qalıb.

Elektrik enerjisinin olmaması səbəbindən Karakas hava limanına enməli olan təyyarələr geri qayıdır. Minlərlə işçi məcburi istirahətə göndərilib.

Ölkə hökuməti fövqəladə vəziyyətin müxalifət və onun lideri Xuan Quaido tərəfindən edilmiş diversiya ilə əlaqədar olduğunu iddia edir.

Dövlət başçısı Nikolas Maduro X.Quaidonun amerikalı imperialistlərin köməyi ilə Venesuelanın qanuni hökumətini devirməyə çalışdığını söyləyib.

X.Quaido isə, öz növbəsində, qəzanın səbəbi kimi ölkədə yaşanan xaosu və hökumətin qeyri-effektiv fəaliyyətini göstərib: "Maduro hakimiyyətdən uzqlaşanda işıq da olacaq".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)