Gündəm

Vladimir Putin Azərbaycan Prezidentini təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

ENA.az Kremlin Mətbuat xidmətinə istinadən xəbər verir ki, məktubun mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu. 

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sizin rəhbərliyinizlə Azərbaycan sosial və iqtisadi sahələrdə hamı tərəfindən qəbul edilmiş uğurlar əldə edib, beynəlxalq arenada öz mövqeyini davamlı olaraq möhkəmləndirməkdədir.

Dövlətlərimiz arasında münasibətlər dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət kimi xoş ənənələrə əsaslanır. Əminəm ki, gələcəkdə də bu münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edəcəkdir ki, bu da, şübhəsiz, Rusiya və Azərbaycan xalqlarının maraqlarına cavab verir.

Hörmətli İlham Heydər oğlu, Sizə cansağlığı, firavanlıq və uğurlar arzulayıram. Ailənizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)