Bank

Azərbaycan Mərkəzi Bankı ötən ay valyuta ehtiyatlarını 100 milyon dollardan çox artırıb

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il martın 1-nə 5 761,9 milyon ABŞ dolları təşkil edib.

Bu, fevralın 1-i ilə müqayisədə 106 milyon dollar və yaxud 1,9% çoxdur.

İlin əvvəlinə nisbətən AMB-nin valyuta ehtiyatları 136,2 milyon dollar və yaxud 2,4%, son 1 ildə isə 374,7 milyon dollar və yaxud 6,95% artıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)