Gəncə-Naxçıvan-Gəncə aviareysi yenidən bərpa olunacaq
"Azərbaycan Hava Yolları" (AZAL) QSC 2019-cu ilin II rübündə Gəncə-Naxçıvan-Gəncə marşrutu üzrə uçuşları bərpa etməyi planlaşdırır. Bu barədə hökumətdən məlumat verilib.
"Gəncə-Naxçıvan-Gəncə aviareysinin 2019-cu ilin II rübündə açılması planlaşdırılır. Bununla əlaqədar bu uçuşların iqtisadi səmərəliliyinin artırılması və AZAL-ın əlavə maliyyə itkisi ilə üzləşməsinin qarşısının alınması istiqamətində işlər aparılır", - deyə məlumatda qeyd olunur.
Hökumətin məlumatına görə, AZAL Gəncə-Naxçıvan-Gəncə reysini həyata keçirmək üçün lazımi texniki imkanlara malikdir.
Gəncə-Naxçıvan-Gəncə istiqamətində uçuşlar 2013 və 2016-cı illərdə həyata keçirilib.