16 manat sığorta ödənişi bütün işsizlərə AİD DEYİL
Tibbi Sığorta Haqqında Qanuna edilmiş dəyişiklikdən sonra qeyri-formal əmək fəaliyyəti ilə məşğul olan şəxslər də 16 manat icbari tibbi sığorta haqqı ödəyəcəklər.
Təklif olunan dəyişikliklər geniş müzakirələrə səbəb olub.
Bununla bağlı açıqlama verən Milli Məclisin üzvü Müşfiq Məmmədli deyib ki, qeyri-formal fəaliyyət hər hansı əmək müqaviləsi və ya VÖEN-i olmadan çalışan şəxslərə aid edilir.
Deputat bildirib ki, bu kateqoriya şəxslər ya gördüyü işləri leqallaşdırmalıdırlar ya da qanuna müvafiq şəkildə sığorta ödənişi etməlidirlər:
“16 manat ödəniş bir ay müddət üçün nəzərdə tutulub. Zamanında ödənilməyən sığorta haqqı ödənişinə 10% cərimə tətbiq ediləcək. Burada məqsəd fəaliyyət sahələrinin aşkara çıxarılması və stimullaşdırma, eyni zamanda həmən şəxslərin gəlirlərinin özləri tərəfindən idarə etmələridir”.
Deputat qeyd edib ki, işsiz kimi dövlət qeydiyyatında olan vətəndaşların icbari tibbi sığorta haqları əvvəldə olduğu kimi dövlət tərəfindən qarşılanacaq.


















