Bank

"Muğanbank"dan "Kapital Bank"a təyinat aldı

“Kapital Bank” ASC-nin Filial Şəbəkəsinin İdarəedilməsi Departamentində yeni direktor müavini təyin olunub.

Bu, “Muğanbank” ASC-də çalışmış Elnur Abbasovdur. Yeni təyinat almış şəxs vəzifə icrasına bu aydan (martdan) başlayıb.

Xatırladaq ki, Elnur Abbasov 2002-ci ildən bu tərəfə “Muğanbank” ASC-də  Pərakəndə Bankçılıq və Beynəlxalq Maliyyə İnstutları ilə İş Departamentində menecer vəzifəsində çalışırdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)