Elm və Texnologiya

Ağ Ev Nvidia çiplərinin Çinə satışına veto qoydu

Ağ Evin mətbuat katibi Karoline Leavitt mətbuat konfransında Nvidia-nın ən qabaqcıl AI çiplərinin Çinə satışının müzakirə mövzusu olub-olmaması ilə bağlı sualı cavablandırıb.

Leavitt, ABŞ prezidenti Donald Trampın bu mövzuda çox açıq danışdığını qeyd edərək, "Tramp bu suala birbaşa cavab verdi. Ən inkişaf etmiş çiplər olan Blackwell çipləri hazırda Çinə satmaq istədiyimiz bir şey deyil" dedi.

Tramp həftə sonu deyib ki, Nvidia tərəfindən istehsal olunan ən qabaqcıl çiplər ABŞ şirkətləri üçün ayrılacaq və Çin və digər ölkələrdən uzaq saxlanılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)