MALİYYƏ

"Vətəndaşlar banklara ödənişləri dayandırmamalıdır"

"Martın 15-nə qədər Azərbaycanda fiziki şəxslərə kompensasiya ödənilməsi ilə bağlı qaydalar təsdiqlənəcək".

"BI" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib. 

Onun sözlərinə görə, bundan sonra 1 ay müddətində (aprelin 15-nə qədər) isə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı prezident fərmanının əhatə dairəsinə düşən vətəndaşların siyahısı tam hazır olacaq.

“Onlara ödəniləcək kompensasiyaının məbləği də tam müəyənləşəcək və Maliyyə Bazarlarına Nəzarət Palatasının internet səhifəsində açıqlanacaq. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsinin Fin kodunu daxil etməklə ona düşəcək kompensasiyanın məbləğino öyrənə biləcək. Vətəndaşlara bildirmək istəyirik ki, tələsməsinlər, hər kəs 1 dəfə banka dəvət olunacaq. May ayının sonuna qədər bütün kompensasiyalar tam ödəniləcək. Amma heç bir halda vətəndaşlar banklara ödənişləri dayandırmamalıdır. Bu fərmanın verilməsi o demək deyil ki, ödənişi dayandırılmalıdır”, - deyə Vüsal Qasımlı qeyd edib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)