MALİYYƏ

Azərbaycanın xarici dövlət borcunun yeni tərkibi açıqlanıb

Azərbaycanın bu il oktyabrın 1-nə 4 milyard 893,1 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 85,3 %-i elə dollarda olub.

ENA.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borcun tərkibində avro 6,3 %, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,4 %, yapon yeni 3,3 %, digər valyutalar isə 1,7 % paya malik olub.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 48,9 %-ni, sabit dərəcə ilə olanlar isə 51,1 %-ni təşkil edib.

Xarici dövlət borcunun 50,7 %-i 5 ilə qədər olan müddətdə, 43,9 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)