Azərbaycan iqtisadiyyatının “soyuq duşu”: Büdcə xərcləri daralır, investisiya azalır. DB-nın əsas mesajları nələrdir?
Bugün Dünya Bankı Azərbaycan üzrə iqtisadi yeniləmə hesabatının təqdimatını keçirib. Təqdimatda bir neçə iqtisadi göstəricilər üzrə yanaşmalar diqqət çəkib. Eyni zamanda, iqtisadiyyat nazirliyinin əməkdaşları bu təqdimatdan əvvəl hesabatın nazirliyə təqdim edilmədiyinə dair irad bildirib.
Beləliklə, hesabata əsasən, qeyri-neft sektoruna investisiya həcmi artıb. Lakin ayrılan investisiyaların böyük həcmi tikinti layihələrinin icrasına xərclənib. Başqa sözlə, əlavə dəyər yaradan emal sektoruna investisiyalar zəifdir.
Məsələn, ənənəvi kənd təsərrüfatı və aqrar emalı ölkəsi sayılan Azərbaycanda qida sənayesi məhsullarının ixracı digər qonşu ölkələrlə müqayisədə azdır. Hətta ərazicə daha kiçik olan Gürcüstandan belə geri qalırıq.
Hesabat müəllifləri hökumətdə struktur islahatları keçirilməsinin vacibliyini xüsusi vurğulayıblar.
Dünya Bankının təqdim etdiyi yeni hesabatda qeyd olunur ki, 2025-ci ilin ilk yarısında iqtisadi artım tempində yavaşlama var. Qrafiklər ölkənin ÜDM dinamikasını və tələbi formalaşdıran başlıca faktorları açıq şəkildə ortaya qoyur.
ÜDM artımı və sektorların rolu
|
Dövr |
ÜDM artımı |
Qeyri-neft sektoru |
Neft-qaz sektoru |
|
2021 H1 |
təqribən 5% |
4–5% |
-4% |
|
2022 H1 |
~9–10% (pik) |
9%+ |
-1–2% |
|
2023 H1 |
~2% |
3% |
-2% |
|
2024 H1 |
~6% |
6%+ |
-1% |
|
2025 H1 |
~3% |
4% |
-2% |
Cədvəldən görünür ki, 2022-ci ildə qeyri-neft sektorunda rekord artım müşahidə olunub. Bu, pandemiyadan sonra iqtisadi fəallığın bərpası, istehlak xərclərinin artması və dövlətin fiskal dəstəyi ilə bağlıdır.
2025-ci ildə qeyri-neft artımı davam etsə də, neft-qaz sektorundakı mənfi dinamika ümumi ÜDM-i aşağı çəkib.
Bu, Azərbaycanın artıq iqtisadi artımı əsasən qeyri-neft sektorunun hesabına təmin etməyə başladığını göstərir. Lakin neft hasilatının azalması ümumi rəqəmlərə təsir etməyə davam edir.
Tələbi artıran başlıca faktorlar necə dəyişib?
2024 və 2025-ci illərin ilk yarısında tələbi formalaşdıran iqtisadi amillərin real vəziyyəti isə belə olub:
|
Faktor |
2024 H1 |
2025 H1 |
|
Əməkhaqqı artımı |
8.8% |
3.5% |
|
İstehlak kreditlərinin artımı |
20.3% |
9.7% |
|
Büdcə xərcləri |
13.2% |
0.8% |
|
İnvestisiyalar |
9.4% |
-0.5% |
Bu göstəricilərin təhlili göstərir ki, əməkhaqqı artımı yavaşıb. Bu, əhalinin xərcləmək qabiliyyətinə birbaşa təsir edir.
İstehlak kreditlərinin artım tempi iki dəfə aşağı düşüb. Burada, 2025-də kredit genişlənməsinə ehtiyatlı yanaşmanın tətbiqi amilinin təsiri böyükdür.
Büdcə xərclərində kəskin azalma var, 13.2%-dın 0.8%-ə düşüb. Nəticə etibarilə dövlət xərclərinin azalması iqtisadiyyatı tormozlayan əsas faktorlardan biridir.
Göstəricilər arasında diqqətçəkən mənfi tendensiya isə investisiya artımı mənfi zonaya keçməsidir. 2024-cü ilin yarısında 9.4% artım göstərən investisiya həcmi 2025-ci ilin ilk yarısında -0.5% azalıb. Bu isə bizneslərin gözləmə mövqeyi tutduğunu göstərir.
İqtisadiyyat “soyuyur”
Hesabat göstərir ki, dövlət xərcləri və istehlak kreditlərinin azalması iqtisadi “soyuma”ya səbəb olub.Bu dinamika inflyasiyanı cilovlamaq üçün müsbət olsa da, investisiyalara daha selektiv yanaşmanı tələb edir.


















